SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ağstafada gəlin maşını qəzaya düşüb.

BAKU.WS
-in Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hyndai” markalı avtomobil "Naz-Lifan” markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı bəy xəsarət almasa da, sürücü – 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, həmin ərazidə bir həftə öncə də toya gedən avtomobil qəzaya düşmüşdü. Fakta bağlı araşdırmalara başlanıb.

Ziya Səccad
BAKU.WS