VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 

Astarada ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.


BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb. Baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.


Astara şəhər sakini, 1989-cu il təvəllüdlü Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi BMW markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili onun əmisi oğlu olan Astara şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi "VAZ-2107" markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. 

 

"VAZ-2107"-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və "BMV"-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanası xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, hadisə zamanı ölən "VAZ-2107" sürücüsü Nicat Məmmədzadənin sabah toyu olacaqdı. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. 

 

Aysel.Ş

BAKU.WS