SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda mağazalardan birindən alınan şokoladın içindən qurd çıxıb.
 
BAKU.WS-in məlumatına görə, videonu Bakı sakini çəkib. Mağazadan çay içmək üçün kiloqramla aldığı şokoladı yemək üçün açanda gördüklərindən dəhşətə gəlib.
 
Şokoladdan açılan deşikdən qurd çıxdığını görən paytaxt sakini həmin anları lentə alıb. "Strila" markalı konfet firmasının istehsal etdiyi şokoladın içində qurdun necə əmələ gəldiyi məlum deyil. Ancaq ehtimal olunur ki, şokoladın istehlak müddəti başa çatdığından içində qurd əmələ gəlib. (xeberoxu.com)

BAKU.WS