SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı qeyri sabit hava şəraiti ilə əlaqədar Bakıda Vahid Qərargah yaradıb.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, qərargah əməkdaşları və yol polisləri texnikalar vasitəsilə yolların qar və buzdan təmizlənməsinə başlayıb:
 
"Səhər saatlarından yolların təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün qum və duz səpintisi işləri davam etdirilir. Buna baxmayaraq, paytaxtın yüksək əraziləri, əsasən də Yasamal rayonu, "20 yanvar" metrosunun ətrafı, Günəşli qəsəbəsi və 3-cü kənar Dairəvi yollarda buzlaşma ehtimalı var. Həmin ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb. Hava şəraiti artıq bəzi ərazilərdə sıxlıq yaradıb. Sürücülərdən xahiş edirik k, hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük versinlər".

BAKU.WS