VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sumqayıtda yaşayış binasında yanğın olub.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər ərazisində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb. Yanğın kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunub.
 
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
 
Mənzillər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nazim Babayev
BAKU.WS