SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda 19 yaşlı qız avtomobil oğurlayarkən yaxalanıb.

DİN-in məlumatına görə, noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.
 
BAKU.WS