SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İraqda terror hadisəsinin səhnəcik olduğu kameraya düşüb. 
 
BAKU.WS-in məlumatına görə, bir neçə şəxs köhnə avtomobilə bomba yerləşdirərək ərazidən sürətlə uzaqlaşır. Daha sonra partlayış baş verir və maşın alovlanır. Bundan sonra bir neçə adam hadisə yerinə gəlir və özllərinə yerə atırlar.
 
Sonradan montaj olunan görüntülərdə çox sayda insanın öldüyü göstərilir. Yaxınlıqda yerləşən bankın müşahidə kamerasının görüntülərinə baxdıqdan sonra bu hadisənin üstü açılıb. 
 
İddialara görə, ölkədə vəziyyəti qarışdırmaq üçün sünnilərə və şiələrə qarşı terror hadisələri baş verildiyi görüntüsü yaradılır. Bununlada məzhəb savaşını alovlandıranlar ölkədə xaosun miqyasını daha da artırır. 
 
Nazim Babayev
BAKU.WS