SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ağır döyülmə hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yeniyetmənin öz həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı xəbər yayılıb.

Məlumatı zərərçəkənin anası paylaşıb:
 
"Oktyabrın 3-də 4 nəfər alçaq övladımı ölümcül döyüb. Aldığı güclü zərbələrdən onun kəllə əsasını təşkil edən sümüklər və  çənəsi sınıb, beyni silkələnib. Artıq 8 gündür ki o, xəstəxanadadır. Şənbə günü əməliyyat olunanda ürəyi tab gətirmirdi, həkimlər zorla həyata qaytara bildilər. Polis də məsələni yubadır. O şərəfsizlərin valideynləri isə bir dəfə də olsun zəng edib, oğlumun səhhəti ilə maraqlanmırlar”.
Qadının sözlərinə görə, həmin yeniyetmələr onun oğlunun sevgilisinə "ilişiblər”. Oğlan isə məsələyə aydınlıq gətirmək istəyib.
"Oğlum onlarla danışmağa tək gedib. Onlar isə 4 nəfər olublar. Oğlumu daşla döyüblər” – deyə, qadın yazıb.
 
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub, cinayət işi açılıb.
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Aysel.Ş
BAKU.WS