SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda qətl törədilib.
 
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Orada yaşayan, 17 yaşlı Kənan Qulu oğlu Qasımov atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq qətlə yetirib.
 
Hadisəni törədən K. Qasımovu dayısı polisə təslim edib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
BAKU.WS