SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avstraliyanın şimal-şərqindəki Kuinsland əyalətinin yaxınlığına meteorit düşüb. 
 
BAKU.WS-in məlumatına görə, yerli saatla 08:30-da səmada meydana çıxan və sürətlə dünyaya yaxınlaşan parlaq işığı görən şəhər sakinləri sahilə axın edib.

Nəhəng işıq kütləsi Qladston şəhərinin sahilini sanki günəş kimi aydınladıb. Daha sonra yad cisim böyük bir səslə dənizə düşüb. İşıq kütləsinin dənizə düşməsiylə birlikdə şəhərdə güclü silkələnmə meydana gəlib. Hadisə nəticəsində bəzi binaların şüşələri qırılıb. 
 
Meteorologiya üzrə mütəxəssislər düşən cismin nə olduğu haqqında bir məlumatın olmadığını ifadə edib. Harvard Universitetindən astrofizik Conatan Makdovel işıq kütləsinin böyük bir meteor olduğunu bildirib. Professor yad cismin son illərdə dünyaya dəyən ən böyük meteor olduğunu qeyd edib.
 
Şahin Həbibov
BAKU.WS