VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda oğurluqla məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 6-da Hüsən Əsədova, iyunun 29-da Motodrom yaşayış massivində Sərxan Məmmədova, iyulun 24-də Xocasən qəsəbəsində Asif Hüseynova məxsus evlərdən, pəncərədən daxil olmaqla, 3 min ABŞ dolları, qızıl-zinət əşyaları, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Nuri Behbudov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS