SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, "Volkswagen Passat" markalı "99-DZ-632" dövlət nömrə nişanlı avtomobil "Lada 110" markalı "60-BS-663" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan olanlardan 4 nəfərin həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib.

Hadisəyə səbəb kimi "Volkswagen Passat"ın Qubadan Bakı istiqamətində hərəkət edən "Lada 110" markalı avtomobilin yoluna çıxması göstərilir.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.

Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov Elçin Yusif oğlu Bayramov Əliyar Yusif oğludur.

Yol qəzasının nəticəsində 4 nəfər dünyasını dəyişib.

BAKU.WS