VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu günlərdə Bakıda 19 yaşlı qız intihara cəhd edib.

Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində 1997-ci il təvəllüdlü Mirzabitə Qulamova (ad şərtidir) qarın nahiyəsindən aldığı dörd bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub.

Xəstəxanaya qəbul olunarkən ağır vəziyyətdə olan 19 yaşlı qızın həyatı xilas edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Qulamova bir müddət əvvəl sevdiyi oğlanla birgə yaşamağa başlayıb. Lakin oğlanın ailəsi onların izdivacına razı olmayıb. Buna görə də cütlük gizlicə ev tutublar. Bir neçə gün oğlunu axtaran ailə onun yerini tapıb. Evə ilk olaraq oğlanın dayısı gəlib və onun düzgün qərar vermədiyini, valideynlərinin yanına qayıtmalı olduğunu deyib.

Dayısının sevgilisini özü ilə apardığını görən 19 yaşlı qız isə əsəblərinə hakim ola bilməyib. O, bıçaqla özünə zərbələr endirərək həyatına son qoymağa çalışıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. 
 
BAKU.WS