SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Memarlar İttifaqının üzvü Fazil Məmmədov vəfat edib.

BAKU.WS xəbər verir ki o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Məmmədov 1949-cu il aprelin 6-da Bakıda anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb.  F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində işləyib. Fazil Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olub.
 
Aysel Şirinzadə
 
BAKU.WS