SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sərnişin avtobusu yanıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Həmin ərazidə sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

Avtobusun qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS