VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Yol polisi əməkdaşları Qubada reyd keçirib. Yoxlamaların məqsədi istirahət zonalarından gələn sərxoş sürücüləri aşkar etmək olub. Reyd zamanı minik avtomobillərindən birinin sürücüsü olan Əli Hacıyev polisin "Saxla" əmrinə tabe olmayaraq qaçıb.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, şəhər ərazisindəki dairənin ətrafında bir neçə dəfə dövrə vurduqdan sonra polis əməkdaşlarının dayandığı yerə gələrək maşını saxlayıb.

Yoxlama zamanı avtomobilin başqasına məxsus olduğu və sürücünün heç bir sənədinin olmadığı ortaya çıxıb. Bu da azmış kimi sürücü sərxoş halda olub. Sərxoş sürücü çəkiliş qrupunun kamerasına əl atmaqdan da çəkinməyib. Reyd zamanı 52 sürücü barəsində inzibati protokol tərtib olunub.

Sumqayıtda isə Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan mikroavtobuslara qarşı reyd keçirilib.Məqsəd lisenziyasız və müvafiq sənədləri olmadan sərnişin daşıyan mikroavtobus sürücülərini aşkarlamaq olub.Reyd zamanı nəqliyyat vasitəsini sənədsiz sükan arxasına əyləşən 15 sürücü barəsində inzibati protokol tərtib edilib və idarə etdikləri mikroavtobuslar cərimə meydançasına yerləşdirilib.
 
BAKU.WS