SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın cənub-qərbində dəhşətli qəza baş verib.
 
BAKU.WS-in məlumatına görə, toy korteji nəqliyyatı iflic edib. Atəş səsini eşidən yoldakı sürücülər qaçmağa başlayıb. Yolda hərəkətdə olan "Lada Priora"nın sürücüsü açılan atəş nəticəsində yaralanıb. 

Güllənin sürücüyə tuş gəlməsindən sonra sükan hakimiyyətini itirən sürücü yoldan çıxaraq aşıb. Toy kortecindəki avtomobillər saxlayaraq hadisə baş verən əraziyə yönəliblər. Hadisə yerinə çatanda isə sürücünün maşının altında qaldığı məlum olub. Ətrafdakılar talehsiz sürücüyə yardım edərək onu avtomobilin altından çıxarıblar. 
 
BAKU.WS