SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Bahar Lətifqızı qəzaya düşüb.

BAKU.WS Bizimyol.info-ya istinadən məlumat verir ki, ifaçı axşam saatlarında Sumqayıta, Dünya TV-yə çəkilişə gedərkən qəza keçirib.
 
Müğənni, "Ford” markalı avtomobili ilə kanalda yayımlanan, əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu "Sirriniz Qalmasın” verilişinə tələsirmiş. Məlumata görə, Bahar Lətifqızı efirə gecikdiyi üçün maşını sürətlə sürüb və qəza baş verib.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Bahar Lətifqızının xəsarət aldığı bildirilir.
 
BAKU.WS