VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
27 yaşlı Vasif Bağırov bu gün səhər saatlarında xəstəxanada keçinib. 
Ağstafada keçirilən əməliyyat zamanı xidmət yoldaşı tərəfindən ehtiyatsızlıqdan açılan atəşlə başından güllə yarası alan polis əməkdaşı dünyasını dəyişib.

APA-nın məlumatına görə, 27 yaşlı Vasif Bağırov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Ağstafa rayonunun Dağ Kəsəmən kəndində bir neçə gün əvvəl əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar.

Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun başına dəyib.
 
BAKU.WS