SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Almaniyanın Mendiq şəhərində açıq səma altında keçirilən "Rock am Ring" rok festivalı zamanı ildırım düşməsi nəticəsində ən azı 51 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bundan əvvəl festivalın təşkilatçıları 42 nəfərin xəsarət aldığını, onlardan 8-nin vəziyyətinin ağır olduğunu bildirirdilər.

"Reuters" agentliyi yerli polisə istinadən məlumat verir ki, xəsarət alanların sayı 51 nəfərə çatıb. Səhər saatlarında əksər zərərçəkənlər tibbi yardım üçün müraciət ediblər.
 
BAKU.WS