SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda intihar hadisəsi qeydə alınıb.
 
"Report”un əldə etdiyi məlumata qörə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Nemətulla küçəsi, ev 79,  mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədilə atəş açıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Hacıyev "İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.
 
BAKU.WS