SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı sakini oğlunun öz qardaşına məxsus paltarları oğurlaması ilə bağlı polisə müraciət edib.
 
Lent.az-ın məlumatına görə, General Mehmandarov küçəsində yaşayan 1948-ci il təvəllüdlü Heybətova Svetlana Qəni qızı polisə müraciət edərək bildirib ki, oğlu 43 yaşlı Elbrus qardaşı, 33 yaşlı Elxanın paltarlarını oğurlayıb.
 
Qadın qeyd edib ki, oğurlanan şalvarın dəyəri 50, kostyumun qiyməti isə 150 manatdır.
 
Müraciət əsasında araşdırma aparılır.
 
BAKU.WS