VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda ötən gün baş verən dəhşətli yol qəzası ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
 
BAKU.WS-in məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında yolu keçmək istəyərkən qadını motosiklet vurub. Zərbənin gücündən qadının bir ayağı qopub.
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, ayağı qopan qadın Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, qadının ayağı əməliyyat olunub və qopan ayaq yerinə tikilib. Piyadanın şəxsiyyəti barədə, hələ ki, məlumat verilmir. 
 

BAKU.WS