SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankı olan ALTAY-a tələb artıb.
 
BAKU.WS-in məlumatına görə, ilk etapda 250 ədəd istehsal olunacaq ALTAY tankına sahib ola bilmək üçün inkişaf etmiş ölkələr indidən növbəyə girib. Tankın üzərindəki atış nəzarət sistemlərindən görmə cihazlarına qədər əhəmiyyətli hissələri ASELSAN tərəfindən hazırlanıb. Texnikanın zirehi isə ROKETSAN istehsal edib.
 
Türk Silahlı Qüvvətləri ALTAY tankının dövrəyə girməsiylə gücünə güc qatacaq. Layihə çərçivəsində ilk mərhələdə 250 tanklık istehsalı planlaşdırılır. İrəliləyən mərhələdə bu ədədin 500 qədər artacağı ifadə edilir. ALTAY tankı ixrac üçün də əhəmiyyətli bir vasitə olacaq. Əldə edilən məlumatlara görə, Orta Asiya ölkələrinin bəziləri ilə Körfəz ölkələrinin tanka marağa çox yüksəkdir.
 
Tankla maraqlanan ölkələr arasında Pakistandan Səudiyyə Ərəbistanına, Qətərdən Birləşmiş Ərəb Əmirliklərinə qədər ölkələr var. Beş prototip tankın 550 milyon dollara başa gəldiyi bildirilib. 
 
Tankın adı Qurtuluş savaşında iştirak edən Fəxrəddin Altayın adından alınmışdır. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilib.
 
BAKU.WS