055 213 76 73
Abşeron rayonunda minik maşını yanacaqdoldurma məntəqəsində qəza törədib.
Baş Dövlət Yol Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, "Hyundai” markalı minik maşını yanacaqdoldurma məntəqəsində benzindoldurma aparatına çırpılıb. Qəza nəticəsində məntəqənin iki əməkdaşı və sürücünün yaralandığı bildirilir.
Hadisə Sumqayıt şəhərinin girəcəyindəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində baş verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil 150-160 sürətlə hərəkət edirmiş. Həmin ərazidə isə minimal sürət həddini göstərən yol nişanı qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS