SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

Hazırda ticarət mərkəzində axtarışlar aparılır.
 
BAKU.WS