VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qoç - Bu gün görüşəcəyiniz insanlar həyatınızda müsbət dəyişikliklərə səbəb olacaq. Son vaxtlar çox işləyirsiniz. Bu gün hətta yarımçıq qalan işləri evdə tamamlamalı olacaqsınız. İnsanlara qarşı lazım olduğundan çox səbirli davranırsınız. Bu isə səhhətinizə mənfi təsir edir.

Buğa - Eşq həyatınızda yeniliklər baş verəcək. Ən şanslı günlərinizdən birini yaşayacaqsınız. Pozitiv enerjili olmağınız bu gün işlərinizin tez həll olunmasına kömək edəcək. Özünüzü güclü hiss edəcəksiniz. Yaxınlarınızdan biri sizdən kömək gözləyir. Onu məyus etməməyə çalışın.

Əkizlər - Sevgi münasibətinizdəki kiçik problemlər sizə bu qədər qorxuducu görünməməlidir. Bu gün düşmən hesab etdiyiniz birinə yaxşlığınız toxunacaq. Bu isə münasibətlərinizi əbədi olaraq dəyişəcək. Çox pul xərcləməyin. Yaxınlarınızdan birindən sevindirici xəbər eşidəcəksiniz.

Xərçəng - Gizli heyranınız var. Ancaq soyuq rəftarınız onun cəsarətini qırır. Qarşınıza çox fürsət çıxır, ancaq onlardan yararlana bilmirsiniz. Bu gün bəzi qonaqlarınız olacaq, onlarla xoş rəftar edin.

Şir - Sevildiyinizi bilirsiniz. Bu sizi xoşbəxt edir. Siz də sevdiyinizi hiss etdirin. Sevdiklərinizə kiçik hədiyyələr bağışlayın.

Qız - Bu gün həddən artıq romantiksiniz. Ortaq olacağınız insanları yaxşı tanıyın, yoxsa başınıza xoşagəlməz hadisələr gələ bilər. Tək qalmayın, vaxtınızı dostlarınızla keçirin.

Tərəzi - Sevgiliniz pis xəbər alacaq və sizdən kömək istəyəcək. Bu gün iş yerində edəcəyiniz kiçik bir jest kariyeranıza müsbət təsir göstərəcək. Maddi baxımdan güclənməyinizə səbəb olacaq yeni fürsətlərlə qarşılaşacaqsınız.

Əqrəb - Bu gün hər mövzuda risk almalısınız. Cəsarətli addımlarınız maddi cəhətdən vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq. Ancaq öz fikrinizlə hərəkət edin.

Oxatan - Bu günü sevdiyiniz şəxslə keçirəcək və özünüzü çox xoşbəxt hiss edəcəksiniz. İş yoldaşlarınızla həddən artıq səmimi olmağınız məsləhət deyil. Diqqətli olun və onlara şəxsi həyatınızdan danışmayın.

Oğlaq - Daha səbrli olun. Maddi baxımdan çətinlik çəkəcəksiniz.

Dolça - Sevdiyiniz insanla aranızda fikir ayrılıqları olacaq. İş həyatınızda aktivləşəcəksiniz. Bu gün iki önəmli işlə bağlı çətin qərarlar verməli olacaqsınız.

Balıqlar - Sevilməyə və bəyənilməyə ehtiyac duyursunuz. Ancaq hisslərinizi büruzə verməməyiniz səhhətinizə təsir edə bilər. Bu gün yol gedərkən diqqətli olun.