SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Səbail rayonunun Parlament prospektində yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS-in anspress-ə istinadən veridiyi məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Honda” markalı avtomobil idarəetməni itirərək dairəyə çırpılıb. Zərbənin gücündən avtomobil dairəni aşaraq digər iki avtomobilə çırpılıb. Məlum olub ki, "Honda” markallı avtomobilinin Daşqın adlı sürücüsü sərxoşdur. O, əlində spirtli içki ilə avtomobilindən düşərək sərxoş olmadığını deyib. Sürücü xəstəxanaya aparılıb.

Şahidlərin verdiyi məlumata görə, son anda piyada səkisində olan xarici qonaqlar da polislərin köməyi ilə ərazidən çıxarılıb. Əks təqdirdə isə qəzanın ölümlə nəticələnəcəyi qaçılmaz imiş.
 
BAKU.WS