SİZİN REKLAM BURADA!
055 213 76 73



Almaniyanın paytaxtı Berlində keçirilən nüfuzlu "İTB Berlin" beynəlxalq turizm sərgisində qalmaqal yaşanıb. 
 
BAKU.WS-in eksklüziv məlumatına görə, sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri turistləri cəlb etmək üçün öz ölkələrinin stendlərini qurublar. Erməni nümayəndələri isə qondarma Dağlıq Qarabağın stendini quraraq turistləri Qarabağa dəvət ediblər.
 
Ermənistanın nümayəndələrinin bu davranışı sərgidə iştirak edən həmvətənlərimizin etirazına səbəb olub. Azərbaycan tərəfi tələb edib ki, qondarma Dağlıq Qarabağ üçün quraşdırılan stend yığışdırılsın. Həmvətənlərimiz rəsmi Azərbaycan stendinin üzərini etiraz şüarları ilə örtərək etiraz ediblər.  
 
 
Ayşən Ayxan 
BAKU.WS