VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın ən iri ticarət mərkəzi aprel ayında qapılarını müştərilərin üzünə açacaq.

"Marja" xəbər verir ki, tezliklə "Ganjlik Mall” bakılıların yeni sevimli ticarət mərkəzinə çevriləcək.

Ərazisi 55.000 м2 olan geniş məkanda artıq hamıya tanış olan brendlər yerləşəcək. Mall-da həmçinin yeni hipermarket öz işinə başlayacaq.

Alış-verişdən əlavə "Ganjlik Mall” əyləncələrlə də diqqəti cəlb edəcək: kino həvəskarları dünya blokbasterləri ilə kinoteatrda tanış ola, kollektiv oyunları sevənlər dostları ilə asudə vaxtlarını boulinqdə keçirə, balacalar isə uşaq zonasında sehirli dünyaya baş vura biləcəklər.

Əlbəttə ki, ticarət və əyləncə mərkəzində Bakıda ən populyar çevik qida restoran və kafe brendləri kimi tanınmış adlarla fudkort da fəaliyyət göstərəcək.

"Ganjlik Mall” öz qapılarını bu ilin 15 aprel tarixində üzünüzə açacaq.
 
BAKU.WS