VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Türkiyənin Van şəhərində polis böyük bir əməliyyat keçirib.

BAKU.WS
-in məlumatına görə, əməliyyat zamanı böyük bir binada fahişəxana aşkarlanıb. Əməliyyat zamanı 100-ə yaxın insan saxlanılıb. Onlardan 65 nəfəri fahişəliyə məcbur edilən qadın, 35 nəfəri isə işçilər olub.

Saxlanılan qadınlar arasında ukraynalı, azərbaycanlı, gürcü, suriyalı, türklər var. Əməliyyat zamanı saxlanılan fahişəxana işçilərindən tapança, tüfəng, bıçaq, xəncər və s. silah tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, burada çalışan qadınların çoxu zorla bu işə məcbur edilirmiş. Onlara hədə-qorxu gəlirlərmiş.


Faktla bağlı araşdırmalar davam edir.

BAKU.WS