VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Bu gün Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclası keçirilir.
 
BAKU.WS-in məlumatına görə, tədbirdə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili, Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədov, Türkiyə Cümhuriyyətinin nəqliyyat, dənizçilik və kommunikasiya  naziri Binəli Yıldırım iştirak edir. 

İclasda hər üç nazirin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin Türkiyə və Gürcüstan ərazisindəki vəziyyəti, yeni dəmir yolu xəttinin tikintisinin başa çatdırılması, istismara verilməsi və digər məsələlər ətrafında müzakirələr aparılır. 

Sonda  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının rəhbərlərinin  protokol imzalayacağı nəzərdə tutulub. 

Xatırladaq ki, 11 fevral 2016-cı ildə  dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə BTQ-nin tikintisi və problemlər, həmçinin gələcək perspektivlər müzakirə olunub.
 
BAKU.WS