SİZİN REKLAM BURADA!
055 213 76 73



Sevgilisindən imtina cavabı alan qız özünü binadan atıb.

BAKU.WS
-in musavat.com-a istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib. 19 yaşlı Tamara Abbasova yaşadığı binanın 4-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Xəstəxanaya çatdırılan Tamara Abbasovanın həyatını həkimlər xilas edə biliblər.

İlkin məlumata görə, 19 yaşlı qızın intihar etmək istəməsinə səbəb sevgilisindən ayrılması olub.

Faktla əlaqədar Cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayon prokurorluğunda araşdırmalar davam edir.

BAKU.WS