SİZİN REKLAM BURADA!
055 213 76 73



İngiltərənin paytaxtı Londonda təşkil edilən "Suriyaya və regiona dəstək” konfransında 10 milyard dollardan çox pul toplanıb.
 
BAKU.WS-in məlumatına görə, bu yardım həcminə görə bəşəriyyət böhranına görə indiyə qədər toplanmış ən böyük hədiyyə olub. Toplanan yardımın 6 milyard dolları bu il ərzində, geri qalan 5 milyard dollar isə növbəti 5 il ərzində paylanacaq. Bu yardımlardan Suriyada, həmçinin, İordaniya, Livan və Türkiyədə məskunlaşan qaçqınların təhsil və işlə təmin edilməsində faydalanacaq.

Konfransın bağlanışında təşkil edilən mətbuat konfransında danışan Böyük Britaniya baş naziri Devid Kameron bu yardımla milyonlarla insanın tibbi yardım, qida və sığınma ehtiyacının ödəniləcəyini söyləyib: ''70 ölkənin qatıldığı konfrans Suriyadakı insanlara bu açıq mesajı göndərdi: Sizin yanınızdayıq və Suriyaya sülh gələnə, bölgədə sabitlik bərpa olana və suriyalı qaçqınların evlərinə geri dönənə dək, öz həyatlarını yenidən qurana qədər dəstəyimizi verəcəyik".
 
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi-Mun isə konfransın böyük bir müvəffəqiyyətlə tamamlandığını dilə gətirib. Suriya qaçqınlarına yardım edən ölkələrin adlarını təqdim edirik: 

Estoniya: 2016-17 illər arasında 1.3 milyon avro
 
Səudiyyə Ərəbistanı: 100 milyon dollar 

Çin: 10 min ton qida yardımı

Avstraliya: 25 milyon dollar 

Fransa: 2016-18 illəri arasında 1 milyard avro

Avstriya: 60 milyon Avro əlavə kömək
 
Avropa İttifaqı 3,3 milyard dollar yardım edəcəyini açıqlayıb. İngiltərə isə 1,7 milyard dollar yardım edəcəyi sözünü verib. ABŞ isə suriyalı qaçqınlar üçün 925 milyon dollar yardım edəcəyini bildirib. 

Eyni zamanda, Avstraliya, Belçika, İtaliya Polşa, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, İsveçrə, Estoniya, Danimarka və Finlandiya da qaçqınlara maddi yardım edəcək. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da Aİ-nin bu il ərzində 3 milyard avro yardım edəcəyini söyləyib. 
 
Şahin Həbibov
BAKU.WS