SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzində yerləşən aptekdən dərman almaq istəyən kişi 500 manatını salaraq itirib.
 
Bu barədə pul itirən şəxs, paytaxt sakini Şaiq Səmədov BAKU.WS-ə müraciətində bildirib. Onun sözlərinə görə, hadisə yanvarın 17-də, saat 19:20-də Azərbaycan prospektilə Əhməd Cavab küçəsinin kəsişməsində yerləşən aptekdə qeydə alınıb.

"Mən dərman almaq üçün aptekə daxil oldum. Dərman alarkən 500 manatı yerə saldım. Pulları axtararkən aptekə daxil olan bir qadın onları götürüb ordan çıxır”, - deyə Şaiq Səmədov bildirib.

Onun sözlərinə görə, bu barədə aptekdəki müşahidə kameralarına baxarkən xəbər tutub. Lakin iş-işdən keçmiş olur.

Şaiq Səmədov onu da vurğulayıb ki, 500 manat onun olmayıb və yaxınlarından biri məbləği bankların birinə kredit borcunu ödəmək üçün ona verib. 

Qeyd edək ki, Şaiq Səmədovun şəxsi nömrəsi 070 560 27 13-dür. Pulu tapan şəxslər və ya qadını tanıyanlar bu nömrəyə müraciət etsinlər. Bu məlumatı sosial şəbəkə istifadəçilərdən öz səhifələrində paylaşmalarını rica edirik. Onda pulun tapılmasına daha tez nail olarıq. 
 
BAKU.WS