VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ucar rayonunda dünyasını dəyişmiş 26 yaşlı hamilə qadın barədə yeni faktlar məlum olub. 


BAKU.WS
-in məlumatına görə, rayonun Qarabörk kənd sakini 1990-cı il təvəllüdlü Ziyafət Əliyusif qızı Əliyeva Ucar Mərkəzi rayon Xəstəxanasına kritik vəziyyətdə daxil olub. Həkimlərin səyinə baxmayaraq qadın doğuşa qədər dünyasını dəyişib.


Ziyafət Əliyevanın qohumları qadının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edirlər. Onların sözlərinə görə, qadın xəstəxanaya gətirilən kimi ona sistem qoşulub. Bu səbəbdən də, xəstə şoka düşərək dünyasını dəyişib. 

 

Hadisə ilə bağlı xəstəxanadan BAKU.WS-ə bildiriblər ki, gənc qadın xəstəxanaya gətirilərkən 35-36 həftəlik hamilə olub. Həkimlər ona lazımi tibbi yardım göstərsələr də həyatını xilas edə bilməyiblər. Onun ölümünün infeksiyanın ağırlaşmış formasından baş verdiyi ehtimal edilir.

 

Bütün ana ölümləri kimi bu hadisə də Səhiyyə Nazirliyi tərəfindnə ciddi şəkildə araşdırılacaq. Bu barədə nazirlikdən BAKU.WS-ə bildiriblər.


"Ölümün səbəbləri Səhiyyə Nazirliyinin tərkibindəki Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Əgər ölümdə həkim səhvi olarsa, mütləq günahkar ciddi şəkildə cəzalandırılacaq. Qanun qarşısında cavab verəcək”, - deyə nazirlikdən bildirilib.


Faktla bağlı araşdırma aparılır. Məsələni diqqətdə saxlayırıq. 


Ziya Babayev

BAKU.WS