VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Bakı Metrosunda intihar edən şəxsin kimliyi bilinib.
 
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin  BAKU.WS-ə verdiyi məlumata görə, ölən şəxs 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurovdur. Hadisə saat 11.08-də baş verib. Qatarların hərəkət qrafikində heç bir problem yaranmayıb. 

 

***11.36

 

Bakı Metrosunda dəhşətli intihar hadisəsi baş verib.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, hadisə metronun "Əhmədli” stansiyasında qeydə alınıb. Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş özünü hərəkətdə olan qatarın altına atıb. İntihar edən gənc oğlandır. O, hadisə yerindəcə ölüb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

FOTO: Emil Əliyev
Ziya Babayev

BAKU.WS