VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Milli Məclisin deputatı, Azərbaycan Dəmir Yolları QSC-nın rəhbəri Cavid Qurbanova ağır itki üz verib.
 
BAKU.WS məlumat verir ki, ötən gün Cavid Qurbanovun əmisi Şabər Şəmşir oğlu Qurbanov məskunlaşdığı Tərtər rayonunda dünyasını dəyişib. 
 
 
Dədə Şəmşirin oğlu aşıq sənətinin dərin biliçisi şair, Qurbanov Şabər Şəmşir oğlu 04.01.2016 -cı il tarixində yaşadığı Tərtər rayonun Sarov kəndində vəfat edib.
 
Qeyd edək ki, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatıdır. O, 9 fevral 2015-ci il tarixindən  etibarən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən çalışır. 
 
BAKU.WS