SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin tanınmış müğənnisi Alişanı soyublar.
 
BAKU.WS-in məlumatına görə, müğənni iş yoldaşı Çağla Şikelin doğum günü partisi üçün getdiyi məkanda soyulub. Alişanın cibindən pulqabısını çıxaran oğru müğənninin 400 dollarını və 50 Azərbaycan manatını götürüblər.
 
Pulqabının içində ünvan yazıldığı üçün "insaflı" oğru sənədləri qaytarmaq üçün Alişanın yaşadığı küçəyə gəlib. Pulqabını müğənninin evinin kandarına atan oğru dərhal oradan uzaqlaşıb.
 
Pulları gedən müğənni şəxsiyyət vəsiqəsi və digər sənədlərini geri ala bildiyi üçün sevindiyini bildirib. Alişan hətta oğrunun götürdüyü pulları da ona halal edib. 
 
BAKU.WS