SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Artıq bütün turnirlərdə 8 oyunda qələbə üzünə həsrət qalan "Mançester Yunayted” "şeytanın ayağını sındırıb”. 
 
BAKU.WS-in məlumatına görə, klub Premyer Liqa matçında "Old Trafford”da "Suonsi”ni 2:1 hesabı ilə məğlub edib. "Qırmızı şeytanlar”ın heyətində Marsial və Ueyn Runi fərqlənib. Runinin qolu xüsusilə baxımlı alınıb. Bu qələbədən sonra manikunianların holland baş məşqçisi Lui Van Qaal bir qədər rahat nəfəs alıb. 
 
Belə ki, son günlər Van Qaalın istefaya göndəriləcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı. Bu qələbədən sonra "M.Y.” xallarının sayını 33-ə çatdıraraq 5-ci pillədə qərarlaşıb.  

BAKU.WS