SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakının "qara bazarı”nda dollar hazırda 1.85 və 1.90 manatdan dəyişdirilir. 

 

BAKU.WS-in əməkdaşı metronun "28 may” stansiyası ətrafında belə dollar mübadiləsi aparan şəxslərdən biri ilə söhbətində ABŞ valyutasını "qara bazar”da bu kursla dəyişməyin mümkünlüyünü öyrənib. Bundan başqa o da məlum olub ki, əslində 31 dekabradək bu ərazidə dollar mübadiləsi ilə məşğul olan şəxslər çox olub. Onlar bayram günü dolları 2 manatdan təklif edirlərmiş. Ancaq həmin gün bu ərazi qanunsuz dollar mübadiləsi aparan şəxslərdən demək olar ki, təmizlənib.


Şəhərin valyutadəyişmə məntəqələrindəki vəziyyətə gəldikdə isə Səməd Vurğun bağı ilə üzbəüzdə yerləşən ərazidəki mübadilə məntəqələri normal qayda ilə işləyir. Dollar kifayət qədərdir və 1.70-dən dəyişdirilir. Ancaq əvvəlki günlərlə müqayisədə valyutadəyişmə məntəqələri qarşısında insan izdihamı müşahidə edilmir. Bakı sakinləri sanki dolların kursu ilə barışmış kimi görünürlər və "dollar yenə də bahalaşacaq” kimi şayiələr deyəsən əvvəlki kimi effektiv deyil. Bir sözlə Bakının valyuta bazarında həyat öz axarına düşməkdədir. 


Ziya Babayev

BAKU.WS