055 213 76 73
Azərbaycan ərazisində kəskin hava şəraiti bu gün də davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad MəmmədovanınAPA-ya verdiyi məlumata görə, bu gün yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.
Lakin sabah, yanvarın 3-də gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Yanvarın 3-də gündüz saatlarından əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Paytaxtda isə bu gün yağıntılı hava şəraiti müşahidə olunmaqda, sulu qar və qar yağmaqdadır, güclü şimal-qərb küləyi əsəcək. Sabah isə güclü şimal-qərb küləyi gündüz saatlarından tədricən mülayimləşəcək.
Yanvarın 3-dən gündüz saatlarından Bakı və Abşeron yarımadasındahava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Paytaxtdahavanın temperaturu gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 4 dərəcəyə qədər isti olacaq.
BAKU.WS