VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Unudulmuş münaqişə” kitabının müəllifi, jurnalist Andre Vidmerin Ermənistana girişinə qadağa qoyulub. 

 

BAKU.WS-in məlumatına görə, İsveçrə və Almaniyanın NZZ, NZZ am Sonntag, Die Welt, Frankfurter Allgemeine Sonntagszeitung, Wochen Zeitung, Neues Deutschland kimi nəşrlərində məqalələri çap olunan jurnalist kitabında Qarabağ münaqişəsinin ikinci plana keçdiyinə diqqət çəkib. O, Ukrayna münaqişəsi, İŞİD və Yaxın Şərq probleminə daha çox diqqət ayıran Avropanı daha yaxından Qarabağ münaqişəsi ilə tanış etməyi qarşısına məqsəd qoyub. Jurnalist Ermənistan ərazisindən Qarabağa keçərək Şuşa və Ağdam kimi dağıdılmış şəhərlərin fotolarını çəkib. Kitabında Qarabağın Ermənistan qoşunları tərəfindən işğal olunduğunu qeyd edən jurnalistin bundan sonra Ermənistana girişinə qadağa qolulub. Ona rəsmi şəkildə heç bir açıqlama verməsələr də izah ediblər ki, erməni vandallığı nəticəsində tamamilə dağılmış Ağdama giriş ümumiyyətlə qadağandır və o bu qadağanı pozub. Jurnalist Şuşa və Ağdama səfərlərindən və qaçqınlarla görüşündən çox mütəəssir olduğunu deyib.

 

"Beynəlxalq ictimaiyyətin Ukrayna böhranı və digər problemlərə daha çox diqqət ayırması qaçqınlar üçün böyük haqsızlıqdır. Onların öz doğma torpaqlarında yaşamaq hüququ var. Beynəlxalq ictimaiyyət problemi həll etməlidir, çünki görünən odur ki, münaqişə tərəfləri problemin öhdəsindən hələ bilmirlər”- , deyə Andre Vidmer bildirib. 


Azad Əliyev

BAKU.WS