VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan əsilli döyüşçü Zabit Səmədov daha bir möhtəşəm qələbə qazanıb.
 
BAKU.WS-in məlumatına görə, bu gecə 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb.
 
"Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində "Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb. Rəqibi ilə ilk dəfə 23 İyun 2007-ci il tarixində Amsterdamda qarşılaşan Zabit həmin qarşılaşmada elə ilk raundaca nakauta düşərək məğlub olmuşdu. 
 
Bu dəfə isə hər şey fərqli olub. Həmyerlimiz 5 raund döyüşərək sonda qələbəni bayram edən tərəf olub. Qarşılaşmanın sonunda 3 hakimin ortaq qərarı ilə qalib elan olunan Zabit beləcə revanş döyüşündən üzü ağ çıxıb. 
 
Şahin Həbibov
BAKU.WS