SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Fövqəladə Hallar Nazirliyinin cari ilin dekabr ayının 7-də Azərbaycan Hökuməti adından Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə humanitar yardım göndərilib.


Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yardım bu gün ünvana çatdırılıb.Yardım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən göndərilib.

Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kv m dam örtüyü (dəmir şifer), 70 kub m taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.

Ziya Babayev
BAKU.WS