VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

SİLS ( single incision laparoscopic surgery ) yəni tək kəsik vasitəsilə tətbiq edilən əmələyyatı ifadə etməkdədir. Bu əməliyat ilk dəfə 2008-ci ildə tətbiq edilməyə başlanıb.


"Real” hospital xəstəxanasının şöbəsinin müdiri ümumi cərrahiyyə uzmanı, operator doktor Azər İsmayılov BAKU.WS-ə bildirib ki, son zamanlarda tibb elmində cərrahiyədə əmələyyat edilən xəstəlin orqanizminə, verilən zərəri minimum səviyyəyə çatdırmaq üçün laparoskopik cərrahiyyə geniş şəkildə istifadə edilməkdədir.


Bu prosedura 1987-ci ildə ilk dəfə Fransada öd kisəsə üzərəndə həyata keçirilib. Qonşu Türkiyyə Respublikasında bu əməliyyat 1990-cı illərdən etibarən həyata keçirilməkdədir.

Laparoskopik cərrahiyyənin üstün cəhətləri nələrdir?


Açıq cərrahəyyə ilə müqayisədə bu prosedura olduqca əlverşli bir yöntəmdir. Belə ki, çox böyük kəsik ilə həyata keçirilən əməliyyat əvəzinə çox kiçik kəsik 0.5 və ya 1 sm. kəsik aparılaraq eyni əmələyyatı həyata keçirtmək mümkündür. Bu proses xəstələrin əməliyyat sonrası periyodda daha az ağrı duymasına, xəstəxanada qalma müddətinin azalmasına, kəsik yerində infeksiya olmasının qarşısını almağa, tez bir zamanda yatağdan qalxaraq işinə qayıtmasına eyni zamanda kosmetik olaraq da yaxşı nəticə verməsinə səbəb oldu.

"Qısa müddətdə demək olar ki bir çox əməliyyat laparoskopik üsulla həyata keçirilməyə başlanılıb. Mənim tərəfimdən  bir sıra əməliyyatlar, o cümlədən kəskin appendisit, öd kisəsi, dalak, yırtıq əməliyatları, arıqlama əməliyyatları, bağısaq əməliyyatları və s. laparoskopik üsulla həyata keçirilməkdədir”, - deyə Azər İsmayılov bildirib.


Sils prosedurasının müsbət tərəfləri nələrdir?

Tək kəsik vasitəsiylə həyata keçirilən əməliyyatın ən önəmlə müsbət tərəfi göbəkdən aparılan kəsik və dolayısıyla kosmetik olaraq daha gözəl nəticə olması (demək olar kı heç iz qalmaması və ya olan izin göbək  tərəfindən gizlədilməsi) və daha az ağrı olmasıdır. Həkim deyir ki, indiyə qədər bir çox bu tipli əməliyyatları uğurla başa çatdırıb.

 
Uzman doktor Azər Cəbi oğlu İsmayılov 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. 1999 cu ildə Naxçıvan şəhər İslam Səfərli adına 1 saylı orta məktəbi bitirib. Həmən il Azərbaycan Tibb Universitetinin "Müalicə profilaktika” fakultəsinə daxil olub. 2005-ci ildə oranı bitirib. 2005-2006-ci illərdə hərbi xidmətdə olub. 2006- 2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin "Hüquq” fakültəsində təhsil alıb. 2009-cu ildə Türkiyə Cumhuriyyəti Egey Universiteti "Tibb” fakultəsi xəstəxanasının "Ümumi cərrahiyyə” kafedrasında uzmanlıq təhsilinə başlayıb  və "Renal transplantasyon uygulanan hastalarda endokrin sorunlar ve yaşam kalitesi” mövzusunda elmi iş müdafiyə edərək, teoritik və praktiki imtahani uğurla keçib. 2015-ci ildə uzman doktor adına layiq görülüb. Bir çox elmi məqalənin müəllifidir.

 

 

 


Ünvan: Real Hospital. Elmlər akademiyası, Zahid Xəlilov küçəsi 99. Telefonlar: 0125372323, 0555252323

Ziya Səccad

BAKU.WS