055 213 76 73
Türkiyə Ordusu Şırnak, Diyarbəkir və Mardində PKK-ya qarşı geniş əməliyyatlara başlayıb.
BAKU.WS-in Yeni Safak qəzetinə istinadən verdiyi məlumata görə, hərbi əməliyyatlara 10 min türk əsgəri və polisi cəlb olunub. Türkiyə aviasiya canlı qüvvəyə dəstək verir. PKK-nın mövqeləri bombalanır.
Bölgədə komendant saatı tətbiq olunandan sonra 8 əsgər yaralanıb, 25 terrorçu isə zərərsizləşdirilib.
Türkiyə baş naziri Davutoğlu və prezident Rəcəb Tayyip Ərdoğan əməliyyatların bölgədə terrorçular məhv edilənədək davam etdiriləcəyini bildiriblər.
Azad Əliyev
BAKU.WS