VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiya mətbuatı Türkiyə və ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın çıxılmaz vəziyyətə düşməsi haqda məqalələr yazır. 


BAKU.WS
-in məlumatına görə, Rusiyanın siyasi şərhçiləri belə hesab edir ki, Türkiyə Rusiyanın Suriya sərhədində İŞİD-ə qarşı keçirdiyi əməliyyatların gedişindən narahatdır. Bu səbəbdən də, Türkiyə hərbçiləri senarinin pis gedişinə hazırlıqlı olmaq üçün Suriya ilə sərhədə hərbi texnikalar yerləşdirir. Türkiyə Rusiyadan müəyyən qədər ehtiyyat etsə də, vəziyyətin mülayimləşməsi üçün heç bir addım atmır. Əksinə, Türkiyə prezidenti Ərdoğanın və ölkə rəsmilərinin bəyanatlarında Rusiyaya qarşı hədələr səslənir.


Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda baş verənlər hər iki ölkə arasında problemlərin daha da korlanmasına xidmət edir. 

Rusiya mətbuatı iddia edir ki, Azərbaycan-Ermənistan münaqişəsinin bir qədər də kəskinləşməsi əslində Rusiya-Türkiyə "müharibəsi"nin tərkib hissəsidir. Türkiyənin baş naziri Əhməd Davudoğlu da çıxışlarında rəsmi şəkildə bəyan edib ki, Türkiyə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün bütün imkanlardan istifadə edəcək.  

Rusiya siyasətçiləri düşünürlər ki, Azərbaycan siyasi baxımdan həmişə Türkiyəni dəstəkləyib. Buna sübut kimi Türkiyənin çətin vaxtlarda Azərbaycandan siyasi dəstək istəməsi də göstərilir. Rus siyasətçiləri Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun Bakıya səfərinin çox mətləblərdən xəbər verdiyini hesab edirlər. Bildirilir ki, səfərin əsas məqsədi Azərbaycan prezidenti İlham Əliyevdən Rusiya və Türkiyə rəhbərlərinin görüşünün təşkil olunmasında yardımçı olmağı xahiş etmək idi. Rusiya mətbuatı Azərbaycan hökumətinin bu mübahisədə bacardıqları qədər neytral tərəfdə dayanmağı üstün tutmasını qabardır. 

Rusiya KİV yazır ki, Türkiyə Rusiya ilə münasibəti normallaşdırmağa müvəffəq olmadıqdan sonra psixoloji hücumlara üstünlük verib. Silahları və hərbi bazalarını nümayiş etdirməklə Türkiyə həm Rusiyaya, həm də Ermənistana meydan oxuyur. Türklər Rusiyaya təzyiq etmək üçün Ermənistanla müharibə etmək istəklərində olduqlarını bildirirlər. Rus analitiklər Rusiyanı qorxutmaq baxımından Türkiyənin Ermənistanı cəzalandıracağı versiyasını heç də fantastik hesab etmirlər. Onlar yaxın aylarda Türkiyənin bəyanatlarının nə dərəcədə real olduğunun görünəcəyini bildirirlər. 


Ziya Səccad
BAKU.WS