SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində 2015-ci ilin 2-ci rübündə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının monitorinqi aparılıb.
 
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, monitorinq nəticəsində müəyyən edilib ki, 2015-ci ilin 2-ci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib.

2015-ci ilin 2-ci rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili təhlükəsizlik baş idarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaş tərəfindən xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilib.
 
13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb. Bununla yanaşı, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.
 
ŞAHİN Həbibov
BAKU.WS