VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
27 noyabr 2015-ci ildə Rusiyanın "NTV” kanalında tanınmış jurnalist Sergey Minayevin müəllifi olduğu "Bolşinstvo” ("Çoxluq”) verilişində Türkiyə-Rusiya münasibətləri müzakirə olunub.

BAKU.WS
-in məlumatına görə, müzakirələrə sabiq Hərbi Hava qüvvələri komandanlarından general İqor Sulin, Rusiya Federasiyasının Müdafiə məsələləri üzrə komitəsinin 1-ci müavini Frans Klinseviç, "Sağ qüvvələr ittifaqı” İctimai Hərəkatının sədri Leonid Qozman və Strateji Kommunikasiya Mərkəzinin prezidenti Dmitriy Abzalov kimi ictimai-siyasi xadimlər qatılıblar. Türkiyə tərəfini politoloq Toğrul İsmayıl təmsil edib. Gərgin keçən müzakirələrdə Türkiyə və onun dövlət rəhbərliyi dəfələrlə təhqir olunub və Toğrul İsmayılın yerində cavabları ilə qarşı tərəf belə demək mümkündürsə, susdurulub. Məxsusən Rusiya Prezident Administrasiyasının Millətlərarası məsələlər üzrə nümayəndəsi Faiz Xavala tez-tez təxribatçı mövqeyi ilə müzakirələrin məcrasından çıxmasına çalışıb. Toğrul İsmayılın təmkinli duruşu təxribatın qarşısını alıb. Hətta Rusiya Federasiyasının Müdafiə məsələləri üzrə komitəsinin 1-ci müavini Frans Klinseviç verilişin sonunda Toğrul İsmayıla təşəkkür edib və "çox istərdik Türkiyəni sizin kimi politoloqlar təmsil etsinlər” deyib. Geniş ictimai rezonans doğuran veriliş Azərbaycan ictimaiyyətində də müzakirə mövzusu olub.

Təmkinli davranışı, məntiqli, eyni zamanda cəsarətli mövqeyi ilə Türkiyənin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi kimi qardaş ölkəni müdafiə edən Toğrul İsmayıl həm də azərbaycanlıdır.

BAKU.WS-in məlumatına görə,Ş xural.com-a telefon edən sabiq millət vəkili Eldar Sabiroğlu mövqeyinin dərc olunmasını xahiş edib: "Toğrul İsmayılın, bir azərbaycanlı balasının Rusiyanın paytaxtı Moskvada, "NTV” kimi nüfuzlu telekanalda, canlı yayında rusların cavabını yüksək səviyyərə verməsi, məni duyğulandırdı. Mən Toğrulla fəxr elədim. Yaxşı ki, elə Azərbaycan oğulları var. Bizim siyasi baxışlarımızdan asılı olmayaraq, Vətən və millət-dövlət söhbəti olanda hamımız bir cəbhədə olmalıyıq. Mən onunla fəxr elədim, qürur duydum.”

xural.com hazırda Türkiyənin Ankara şəhərində yaşayan Toğrul İsmayılla əlaqə saxladı. Toğrul İsmayıl bizə "NTV”-dəki müzakirələrin pərdəarxasını danışdı: "Efirdə görünəndən betərdir fasilə arasında. İdbar söyüşlərlə adamı təhqir edir, təsir göstərməyə çalışırlar. Mən canlı yayından betər, reklamlar arasında olan fasilələrdə döyüşdüm onlarla. Fasilələrdə apardığım mübarizə sonradan canlı yanına da öz təsirini göstərdi. Son bir həftədə 80 dəfə bu mövzu ilə bağlı çıxışlarım olub və növbəti çıxışım ORT-də olacaq. Yeri gəlmişkən, mənə dəstək verən, zəng edən bütün həmvətənlərimə təşəkkür edirəm və minnətdaram. Bu dəstək məni daha da ruhlandırır və güclü edir.”

Toğrul İsmayıl Rusiya ilə Türkiyənin arasında məsələnin dinc yolla nizama salınmasını, prezidentlərin – Vladımir Putinlə Rəcəb Tayyib Ərdoğanın bir araya gəlmələrini, bu baş verməsə belə, Azərbaycan Prezidenti İlham Əliyevin, yaxud Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin vasitəçilik missiyasından istifadə olunması təklifi ilə çıxış edib.
 
BAKU.WS